Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya
  • ÖZƏL

Çində yarasalardan yeni ölümcül virus tapıldı

Orkhan Ali 25 İyun 2025 - 11:50 (Last updated: 25 İyun 2025 - 11:50)
Yarasa

Yarasa

Çinli alimlər yarasalarda insan həyatı üçün ciddi təhlükə yarada biləcək yeni viruslar aşkar ediblər. AzPost xəbər verir ki, Yunnan İnstitutunun alimləri tərəfindən aparılan tədqiqat zamanı Nipah və Hendra virusları ilə genetik baxımdan yaxın olan iki yeni patogen müəyyən edilib.

PLOS Pathogens jurnalında dərc olunan məqaləyə görə, araşdırma çərçivəsində 142 yarasanın böyrək toxumaları üzərində analiz aparılıb. Nəticədə əvvəllər məlum olmayan 22 fərqli virus aşkarlanıb ki, onların içərisində insan sağlamlığı üçün ən təhlükəli hesab edilən Henipavirus cinsindən iki yeni virus xüsusi narahatlıq doğurur.

Məlumata görə, bu viruslar yoluxmuş meyvələr və digər təbii ötürücülər vasitəsilə insana keçə bilər. Daha təhlükəlisi odur ki, bu viruslar tənəffüs yolları və sinir sistemini zədələyən ağır xəstəliklərə səbəb ola bilir.

Bundan əlavə, elm adamları araşdırma zamanı iki yeni bakteriya və yeni növ protozoa da aşkar ediblər. Alimlər bildiriblər ki, bu tədqiqat Çində bu virusların tam genetik xəritəsini çıxaran ilk işdir və gələcəkdə zoonotik xəstəliklərin yayılmasının qarşısını almaq üçün ciddi monitorinq tədbirlərinin vacibliyini sübut edir.

Mütəxəssislər insanların və heyvanların sıx təmasda olduğu ərazilərdə virus monitorinqinin gücləndirilməsini və təhlükə potensialı daşıyan bölgələrdə tədbirlərin görülməsini tövsiyə edirlər.

AzPost.az

Post navigation

Previous: Dörd polkovnikə general-mayor rütbəsi verildi
Next: Azərbaycanlılar xaricdə oxumaq üçün bu ölkələrə gedirlər –

Oxşar xəbərlər

putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.