“Tayvan Çindən artan hərbi təhlükə ilə üz-üzədir və belə bir məqamda demokratik müttəfiqlər birləşməli və bütün sahələrdə əməkdaşlığı intensivləşdirməlidirlər”.
Azpost.info xəbər verir ki, bu çağırışı Tayvan lideri Tsay İnven İndiana ştatının qubernatoru Erik Holkombla görüşü zamanı səsləndirib.
O, Tayvan və ABŞ-ı və “demokratiya və azadlıq dəyərlərini paylaşan tərəfdaşlar” adlandırıb. Və ABŞ-ın Hind-Sakit okean regionunda Tayvanın əsas təhlükəsizlik və iqtisadi müttəfiqi olduğunu deyib
Görüş zamanı Taybey və Vaşinqton arasında yarımkeçirici sənayesində əməkdaşlığın genişləndirilməsi perspektivləri də müzakirə edilib.
“Tayvan sabit təchizat zəncirinin qurulmasında demokratik tərəfdaşlarla əlaqələri gücləndirmək niyyətindədir”, – İnven bildirib.
Azpost.info
