Çindən gələn iki tələbədə virus aşkarlanmadı –Kliniki Mərkəzdən evə buraxılacaqlar

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Kliniki Tibbi Mərkəzdən Səhiyyə Nazirliyinə verilən məlumata görə, xəstəxanaya yerləşdirilən Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki tələbənin analizlərinin cavabı mənfi gəlib, yəni, onlarda hər hansı bir virus aşkarlanmayıb.

Gün ərzində onların evə buraxılacaqları gözlənilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan gecə Qazax,Tovuz və Gədəbəydəki mövqelərimizi atəşə tutub

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi