Çinin əhalisi son 60 ildə ilk dəfə azalmağa başlayıb

Ötən il Çinin əhalisi 1959-1961-ci illərdə ölkədə baş verən kütləvi aclıqdan sonra ilk dəfə azalmağa başlayıb.

Bu barədə Çin Milli Statistika Bürosunun açıqladığı hesabatda qeyd edilib.

“Ötən il əhalinin sayı 2021-ci illə müqayisədə 850 min nəfər azalaraq 1 milyard 411 milyon 750 min nəfər təşkil edib. 2022-ci ildə yeni doğulanların sayı 9,56 milyon, ölənlərin sayı isə 10,41 milyon nəfər olub”, – hesabatda deyilir.

Azpost.info

Əvvəlki məqalə

Göyçayda hamilə qadın dünyasını dəyişib

Sonrakı məqalə

Fanatları Selena Qomesi kökəldiyinə görə tənqid etdilər –