Göyçayda hamilə qadın dünyasını dəyişib

Göyçay rayonunda hamilə qadın yaşadığı evdə qəflətən dünyasını dəyişib.

Hadisə rayonun Çərəkə kəndində qeydə alınıb.

Kənd sakini, 26 yaşlı Kərimova Fidan Müzəffər qızı evin hamam otağında olarkən qəflətən halı pisləşib və yerə yıxılıb. Ailə üzvləri hadisədən xəbər tutduqda onun öldüyünü görüblər.

Qeyd edək ki, 8 aylıq hamilə olan Fidan Kərimova ilk övladını dünyaya gətirməyə hazırlaşırmış. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomoya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Həkimlər müayinə zamanı dölün də tələf olduğunu aşkar ediblər.

Əvvəlki məqalə

“Ukraynada münaqişə üçüncü dünya müharibəsidir” –

Sonrakı məqalə

Çinin əhalisi son 60 ildə ilk dəfə azalmağa başlayıb