Çin Kommunist Partiyası (ÇKP) partiya komitəsinin keçmiş katibi, “China Everbright Group” holdinqinin (China Everbright Group) idarə heyətinin keçmiş sədri Li Siyaopeni ona qarşı irəli sürülən korrupsiya ittihamları ilə əlaqədar olaraq sıralarından xaric edib.
Azpost.info bildirir ki, bu barədə Çin Kommunist Partiyasının Mərkəzi İntizam Təftiş Komissiyası məlumat yayıb.
Korrupsiyaya qarşı mübarizə üzrə tənzimləyicisinin saytında qeyd edildiyi kimi, Li Siyaopen partiyaya sadiq olmayıb və vicdansız davranıb. O, həmçinin istintaqa mane olub. Li külli miqdarda maddi sərvətləri mənimsəməkdə ittiham olunur.
“Everbrayt”ın keçmiş rəhbərinin yol verdiyi qanun pozuntuları arasında vəzifə səlahiyyətlərindən sui-istifadə, korporativ nəzarət qaydalarının zəiflədilməsi, öz vəzifəsindən qazanc əldə etmək istəyi, kreditlərdən qanunsuz istifadə də var.
Li Siyaopenin işinə prokurorluqda baxılır. Onun qanunsuz əldə etdiyi əmlak saxlanılması üçün səlahiyyətli dövlət orqanlarına təhvil verilib.
Çin hakimiyyəti 2012-ci ildə Si Cinpinin hakimiyyətə gəlişindən bəri korrupsiyaya qarşı mübarizəni gücləndirib. Son illər genişmiqyaslı kampaniya nəticəsində bir çox məmurlar, o cümlədən yüksək rütbəlilər postlarını itirərək həbsə məhkum ediliblər. Partiya strukturlarında və hökumətdə sui-istifadə hallarının qarşısını almaq üçün 2018-ci ilin martında ÇXR-də Dövlət Nəzarət Komitəsi yaradılıb. O, pozuntularla mübarizə aparmaq üçün səlahiyyətlərini genişləndirib.
“Everbright Group” şirkəti Çinin dövlət müəssisəsidir. Şirkət 2022-ildə açıqlanmış “Fortune Global”ın 500 yerlik siyahısında 210-cu yerdə qərarlaşıb.