Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Çinin Rusiyaya hərbi dəstəyinin ilk sübutları üzə çıxdı

User 09 İyun 2023 - 14:18 (Last updated: 21 May 2025 - 20:15)
K-rB1ArNfa4

Çeçenistanın rəhbəri Ramzan Kadırov Ukraynadakı müharibə üçün alınmış hərbi texnikanın yeni partiyasını əks etdirən video yayımlayıb.

Azpost.info xəbər verir ki, o, avadanlığın haradan alındığını açıqlamayıb.

Alman nəşri “Bild” isə araşdırma apararaq zirehli maşınları Çinin “Shaanxi Baoji Special Vehicles Manufacturing” şirkətinin avtomobilləri olduğunu müəyyən edib.

Kadırovun sözlərinə görə, “Axmat” yüz ədəd pikap, zirehli transportyor, zirehli avtomobil və yük maşınları alıb. O, maşınlardan birini şəxsən idarə edib və Ukraynadakı müharibədə döyüş maşınlarından istifadə olunacağını bildirib.

“Bild” iddia edir ki, Çinin zirehli texnikasının Çeçenistana tədarükü Pekinin Rusiya tərəfindən müharibəyə müdaxiləsi faktıdır.

Qəzetin yazdığına görə, bu cür avadanlıqların ixracı hakim Çin Kommunist Partiyasının razılığı olmadan baş tuta bilməzdi. Eyni zamanda, nəşr qeyd edir ki, Rusiya ilə Çin arasında avadanlığın tədarükü üçün rəsmi müqavilənin bağlanıb-bağlanmadığı və onu nə üçün məhz Kadırovun aldığı barədə məlumat yoxdur.

Daha əvvəl “The Washington Post” qəzeti Pentaqonun sızan məxfi sənədlərinə istinad edərək yazıb ki, Çin Ukraynada müharibə üçün Rusiyaya silah verməyə razılaşıb və bu tədarükləri mülki məhsullar kimi gizlətməyi planlaşdırır.

Rusiya prezidenti Vladimir Putinin Çin sədrinə silah tədarükü üçün müraciət etməsi faktı fevral ayında ABŞ rəsmiləri tərəfindən bildirilmişdi. Dövlət katibi Entoni Blinken Münhen Təhlükəsizlik Konfransında Çin rəsmisi Van İni belə bir addımın atılmasının nəticələri ilə bağlı hədələmişdi.

Pentaqondakı mənbənin “The Washington Post”a verdiyi məlumata görə, Kreml Çindən ilk növbədə mərmi almağı gözləyir, onların çatışmazlığı generalları qoşunlara artilleriya dəstəyinə qənaət etməyə məcbur edir.

Çin Rusiyaya hərbi dəstək iddialarını ABŞ və NATO tərəfindən yayılan şayiələr adlandıraraq rədd edib. Xarici işlər naziri Qin Qan bildirib ki, Pekin nə Moskvaya, nə də Kiyevə silah tədarük etməyi planlaşdırır. O, Çinin rolunun barışığı təşviq etmək və sülh danışıqlarını inkişaf etdirmək olduğunu bəyan edib.

Azpost.info

Post navigation

Previous: Mərkəzi Bankın səlahiyyətləri artırılır
Next: Prezident Ələt Azad İqtisadi Zonasının I mərhələsinin açılışında iştirak edib

Oxşar xəbərlər

putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.