“Çinin Ukrayna ilə bağlı mövqeyini yüksək qiymətləndiririk”- Putin Si Cinpinlə görüşüb

Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Çin lideri Si Cinpinlə görüşüb.

Azpost.info xəbər verir ki, Putin Çinin Ukrayna böhranı ilə bağlı balanslı mövqeyini yüksək qiymətləndirdiklərini bildirib .

“Biz çinli dostların Ukrayna böhranı ilə bağlı balanslaşdırılmış mövqeyini yüksək qiymətləndiririk, suallarınızı və bu məsələ ilə bağlı narahatlığınızı başa düşürük. Bugünkü görüşdə əlbəttə ki, bu məsələ ilə bağlı mövqeyimizi ətraflı izah edəcəyik. Rusiya ilə Çin arasında münasibətlər inkişaf edir. 2022-ci ilin sonuna kimi iki ölkə arasında illik ticarət dövriyyəsinin 200 milyard dollara çatacağına ümid edirik. 2022-ci ilin ilk 7 ayında bu rəqəm 25 faiz artıb”, – Putin deyib.

O, həmçinin qeyd edib ki, Moskva “vahid Çin” siyasətinə qətiyyətlə yanaşır və ABŞ-ı Tayvan boğazındakı təxribatlara görə pisləyir.

Si Cinpin Rusiya ilə birlikdə dünyanı davamlı inkişaf yoluna çıxarmağa hazır olduğunu bildirib: “Biz rusiyalı həmkarlarımızla birlikdə məsuliyyətli dünya dövləti nümunəsi göstərməyə və belə sürətlə dəyişən dünyanı davamlı və müsbət inkişaf yoluna çıxarmaq üçün aparıcı rol oynamağa hazırıq”.

Azpost.info

 

Əvvəlki məqalə

“Rusiyaya qarşı olan sanksiyaları tanımırıq və tanımayacağıq” –

Sonrakı məqalə

“Ölkəmizdə əmlak sahibi olmaları ruslara viza verilməsi üçün əsas sayılmır”