“Ölkəmizdə əmlak sahibi olmaları ruslara viza verilməsi üçün əsas sayılmır”- Finlandiya prezidenti

“Finlandiyada daşınmaz əmlaka sahib olmaları onlara viza verilməsi üçün əsas hesab oluna bilməz”.

Azpost.info xəbər verir ki, Finlandiya prezidenti Sauli Niinistö ruslar üçün viza siyasətinin sərtləşdirilməsini belə şərh edib.

“Finlandiyada bir şəxsin bağ evi, mənzili və ya başqa daşınmaz əmlakının olması əvvəllər viza verilməsinə səbəb olan amil kimi qəbul edilirdi. Bu müsbət münasibət artıq mövcud deyil”.

Azpost.info

Əvvəlki məqalə

“Çinin Ukrayna ilə bağlı mövqeyini yüksək qiymətləndiririk”

Sonrakı məqalə

“400-dək erməni hərbçisi məhv edilib” –