Çinin yeni XİN rəhbəri Afrika turnesinə çıxır- Bu ölkələrə səfər edəcək

Çinin yeni xarici işlər naziri Qin Qanq Afrika turnesinə çıxıb

Azpost.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin məlumat verib.

Yanvarın 9-dan 16-dək davam edəcək səfərlərin məqsədi əməkdaşlığı gücləndirmək olacaq. XİN rəhbərinin baş çəkəcəyi ölkələrin sırasında Efiopiya, Qabon, Anqola, Benin, Misir də var.

Qin Qanq Afrika ölkələrinin xarici işlər nazirləri ilə də görüşəcək.

Çin xarici işlər nazirləri son 33 ildə ənənəvi olaraq ilin əvvəlində Afrika ölkələrinə səfər ediblər.

“Bu, Çinin Afrika dövlətləri ilə dostluq münasibətlərini saxlamaq niyyətindən xəbər verir”, – Venbin bildirib.

Azpost.info

Əvvəlki məqalə

Bu gün qarda neçə nəfər sürüşərək xəsarət alıb? –

Sonrakı məqalə

Biləsuvar sakini ölkənin iri pambıqçılıq şirkətini məhkəməyə verib