“Çinlə qarşıdurmadan qaçmaq lazımdır” –ABŞ-ın sabiq dövlət katibi Kissincer

“ABŞ və Çin üçün əsas məqsəd qarşıdurmadan qaçmaqdır. Hər iki dövlət hazırda texnoloji cəhətdən inkişaf etmiş ölkələrdir. Onlar süni intellektin də daxil olduğu böyük dağıdıcı gücə malik imkanları var. Odur ki, bu dövlətlər həmin silahları işə saldıqdan sonra hansı nəticələrin olacağını bilmirlər”.

Azpost.info bildirir ki, bu sözləri ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer CNN-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ və Çin arasında hərbi qarşıdurma olmayacaq. Kissincer Vaşinqtonda Pekinə qarşı hərbi ritorikanın artmasından narahat olduğunu deyib: “Hamı Çinə qarşı “qırğı” olmağa çalışır. Belə hesab edirlər ki, Çin dünyada hakim olmaq üçün qərarlıdır və bu onun məqsədidir. Amma vacib deyil ki, vəziyyət hökmən avtomatik rəqabətə keçsin”.

Kissincerin sözlərinə görə, ABŞ prezidenti Bayden başqa istiqamətə hərəkət etməyə başlayıb: “Bu Çinin qarşısından geri çəkilmək deyil. O, bizim üçün ümumi olan məsələlər barədə danışmaq üçün yeni səviyyəni tapmalıdır. Bizim üçün əsas hədəf qarşıdurmadan qaçmaq olmalıdır”-deyə Kissincer vurğulayıb.

Azpost.info

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Fəxri adlar bundan sonra necə veriləcək? –

Sonrakı məqalə

Azərbaycanın Vatikanda səfirliyi açılacaq –