Argentina millisinin hücumçusu Lionel Messinin Pekinə gəlişi o qədər ajiotaj yaradıb ki, ulduz idmançı çinli fanatlarına görə otelə qapanmalı olub.
Azpost.info info xəbər verir ki, bu barədə “Global Times” yazır.
Messi Çinin paytaxtına Argentina millisinin iyunun 15-də Avstraliya yığması ilə keçirəcəyi yoldaşlıq oyunu ərəfəsində gəlib.
Nəşr bildirir ki, azarkeşlərin sayı o qədər çoxdur ki, ulduz idmançı otelində qalmalı olub.
Məlumata görə, Argentina millisi əvvəlcə iyunun 11-də axşam Pekində idman mərkəzində məşq etməyi planlaşdırıb. Lakin otelin qarşısında toplaşan çılğın azarkeşlər səbəbindən toplanış ləğv edilib.
Çinli azarkeşlərdən biri Messinin harada qalacağı məlum olmamışdan əvvəl Pekində eyni vaxtda 4 dəbdəbəli oteldə otaqlar bron edib. Başqa bir fanat isə məşhur oyunuçu ilə görüşmək şansı əldə etmək üçün təxminən 1400 dollar xərcləyib.
Azpost.info