Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

“Cloudflare hadisəsi” xarici asılılıq və rəqəmsal suverenlik məsələsidir” –

User 20 Noyabr 2025 - 11:37 (Last updated: 20 Noyabr 2025 - 11:37)
inf teh

Azərbaycanda rəqəmsal sahədə yerli məhsulların yaradılması və rəqəmsal suverenliyimizin gücləndirilməsi ölkə Prezidentinin informasiya təhlükəsizliyi strategiyasında da əsas prioritetlərdən biri kimi müəyyən edilib.

“APA-Economics” xəbər verir ki, bunu Bakıda kibertəhlükəsizlik mövzusunda keçirilən tədbirdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov deyib.

O qeyd edib ki, ölkə olaraq yerli məhsulların yaradılmasının və rəqəmsal suverenliyin vacibliyini cəmi iki gün əvvəl baş vermiş insidentdə bir daha gördük:

“Belə ki, 9 mindən çox ölkə resursunun fəaliyyətinin dayanmasını sadəcə “Cloudflare hadisəsi” kimi qiymətləndirmək düzgün olmazdı. Bu, xüsusilə özəl sektorun xarici asılılığı və rəqəmsal suverenlik məsələsidir. Təsirlənən resursların böyük qismi media resursları idi ki, bu da informasiya müharibəsinə hazırlığımızı bir daha qiymətləndirməyimizə işarə edir”.

O deyib ki, lokal həllərin tətbiqi ucuz deyil və böyük maliyyə tələb edir:

“Lakin dövlətimizin apardığı uğurlu siyasət və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin strategiyası ondan ibarətdir ki, təhlükəsizlik imkanları mümkün olduğu qədər lokal şəkildə həll olunsun və yerli mühafizəyə üstünlük verilsin. Bu, bizim əsas prioritet istiqamətlərimizdən biridir. Son üç il ərzində bir neçə dövlət qurumunun “Cloudflare” kimi xarici provayderlərə trafik ötürməsi və trafikin xaricdə təmizlənməsi hallarının qarşısı alınıb, həmin qurumların mühafizəsi Azstate şəbəkəsi vasitəsilə həyata keçirilib”.

AzPost.az

Post navigation

Previous: Alimlər ömrü uzadan içkinin adını açıqlayıblar
Next: COP31 gələn il Türkiyədə keçiriləcək

Oxşar xəbərlər

suni intelekt is
  • Media

2035-ci ilə qədər jurnalistlərin yarısı işini itirəcək – Süni intellekt media bazarını dəyişir

User 22 Oktyabr 2026 - 17:07
ilon mask robot
  • Media

İlon Maskdan xəbərdarlıq – Süni intellekt bəşəriyyəti məhv edə bilərmi?

User 21 Oktyabr 2026 - 10:02
turk jurnalist
  • Media

Haqqında cinayət işi açılan türk köşə yazarı Azərbaycandan üzr istədi

User 16 Oktyabr 2026 - 20:44

xƏBƏR

neftimage
  • İqtisadiyyat

Neftimizin qiyməti 127 dollara yaxınlaşır

User 24 Oktyabr 2026 - 10:51
Dünya bazarında Azərbaycan neftinin qiyməti 126 dolları ötüb. “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,64...
Read more about Neftimizin qiyməti 127 dollara yaxınlaşır
Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.