Con Lennonun qatili üzr istədi, “mənə bəraət yoxdur” dedi –Yoko Ono rədd etdi

“Bitlz” qrupunun əfsanəvi rəhbəri Con Lennonu öldürən Mark Çepmen musiqiçinin həyat yoldaşı Yoko Onodan üzr istəyib.

Azpost.info “Daily Mail”-ə istinadən bildirir ki, Çepmen hərəkətindən peşiman olduğunu deyib. Ötən ay komissiya onun vaxtından əvvəl azadlığa buraxılması barədə apellyasiya şikayətini rədd edib.

Məhkəmə zamanı Çepmen Ono qarşısında üzr istəyib.

“Mənə bəraət yoxdur. Mən Conu öldürmüşəm. Ona görə öldürdüm ki, Con çox məşhur idi. Bu məni qəzəbləndirirdi. Deyim ki, bu mənim elədiyim ən eqoist hərəkət idi. Çox təəssüf edirəm ki, Onoya dərd verdim. Mən ölüm cəzasına layiqəm, amma ikinci şansa da haqqım çatır”-deyə qatil bildirib.

Yoko bu müraciəti rədd edib. Musiqiçinin dul qalmış yoldaşı məhkəmədən xahiş edib ki, qatili heç vaxt azadlığa buraxmasınlar. Onun sözlərinə görə, Çepmen onun sevgidən, digər insanları isə Condan  ilham almaqdan  mərhum edib,

Mark Çepmen “Bitlz” qrupunun məşhur üzvü Con Lennonu 8 dekabr 1980-ci ildə öldürüb. Qatil bu hərəkətini məşhur olmaq istəyi ilə ifadə edib.

Məhkəmə Çepmeni ömürlük azadlıqdan məhrum edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mehriban Əliyeva Bülbülə Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında –

Sonrakı məqalə

İngiltərədə koronavirusla bağlı yeni məhdudiyyətlər tətbiq olundu –