Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

COP29 əleyhinə saxta profillərlə kampaniya aparılır –

User 01 Noyabr 2024 - 18:48 (Last updated: 21 May 2025 - 20:15)
cop

“X” sosial media platformasında Azərbaycan Respublikasında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiya olunmuş şəkildə və kütləvi formada saxta hesablardan istifadə etməsi faktları aşkarlanıb.

Bu barədə Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının və Medianın İnkişafı Agentliyinin birgə yaydığı açıqlamada bildirilib.

Saxta profillər #COP29 həştəqi altında eyni anda, eyni məzmunlu avtomatlaşdırılmış cavablar yerləşdirərək bot sistemləri vasitəsilə məzmun manipulyasiyası həyata keçirir və beləliklə də, ictimai rəyi çaşdırmağa cəhd göstərir.

Saxta məlumatlar əsasında təşkil olunmuş bu fəaliyyətlərin əsas məqsədi COP29 ərəfəsində guya Azərbaycanın ev sahibliyi ilə bağlı kütləvi narazılığın olması illüziyasını yaratmaqdır.

Qeyd edək ki, bu ilin noyabrında Bakı şəhərində təşkil ediləcək COP29-la bağlı effektiv kommunikasiya strategiyası həyata keçirilir və ictimaiyyət operativ qaydada məlumatlandırılır.

Vətəndaşlarımızı və beynəlxalq ictimaiyyəti bu tip çaşdırıcı məlumatların təsirinə düşməməyə və yalnız rəsmi mənbələrdən əldə olunan informasiyaya istinad etməyə çağırırıq.

Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası və Medianın İnkişafı Agentliyi “X” sosial media platformasını saxta məlumatlar əsasında aparılan bu informasiya kampaniyasını araşdırmağa çağırır.

 

Post navigation

Previous: Şahin Mustafayev və Mher Qriqoryan delimitasiyanın davamını müzakirə edib
Next: COP29 zamanı müəyyən yollarda məhdudiyyətlər tətbiq ediləcək

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

kabab esas
  • Sosial

Ətdən imtina sağlam qocalmağa kömək edə bilər

User 26 Oktyabr 2026 - 21:50
Ətdən imtina etmək gələcəkdə xərçəngin müxtəlif növləri, diabet və idrak qabiliyyətinin zəifləməsi də daxil olmaqla, yaşla əlaqəli...
Read more about Ətdən imtina sağlam qocalmağa kömək edə bilər
Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı buqda
  • Dünya

Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı

User 26 Oktyabr 2026 - 21:37
Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir bvf
  • İqtisadiyyat

Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir

User 26 Oktyabr 2026 - 21:27
AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu vuqar
  • Sosial

AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu

User 26 Oktyabr 2026 - 21:13
İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib mekke-sazisi
  • Dünya

İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib

User 26 Oktyabr 2026 - 20:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.