Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

COP29-un yüksək səviyyədə təşkil edilməsi Azərbaycan üçün böyük nailiyyətdir

Orkhan Ali 14 Noyabr 2024 - 17:40 (Last updated: 21 May 2025 - 20:15)

“2019-cu ildən İsrailin Azərbaycandakı səfiriyəm. Azərbaycanın ən parlaq anlarından biri olan COP29-da burada olmaq mənim üçün böyük şərəfdir”.

Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

O qeyd edib ki, COP29 dünyaya iqlim dəyişikliyi ilə mübarizə aparmağa kömək edən nailiyyətlərdən biri olacaq: “Azərbaycan COP29 konfransına ev sahibliyi etmək imtiyazını bir ildən az müddət əvvəl əldə edib. Adətən ölkələrin təşkilatlanması üçün iki il lazım gəlir. Bir il ərzində dünyanın hər yerindən 50 mindən çox nümayəndənin iştirak etdiyi tədbirin yüksək səviyyədə təşkil edilməsinin mümkün olması Azərbaycan üçün böyük nailiyyətdir. Azərbaycan öz bacarıqlarını, ciddiliyini dünyaya nümayiş etdirir. Eyni zamanda, iqlim dəyişikliyi ilə mübarizə sahəsində uğurlara nail olmaq əzmini göstərmək olduqca vacib işdir. İqlim qlobal bir problemdir və buna görə də bu problemə qlobal reaksiya verilməlidir. Qlobal iqlim dəyişikliyi hamıya təsir edir. Məhz buna görə də biz birlikdə işləməliyik. Biz İsrail olaraq buradayıq. Çünki İsrail və Azərbaycan tərəfdaş ölkələrdir”.

Səfir İsrail pavilyonunda nümayiş etdirilən texnologiyalar barədə məlumat verib: “Biz dünyada bu problemlərin bəzilərini həll edən, tərəfdaşlıqlar yaratmağa kömək edən innovativ texnologiyalar və imkanlar gətiririk. Məsələn, bizdə suyu təmizləyə bilən, istiliyə davamlı toxumlar ixrac edən və iqlim problemlərinin həlli istiqamətinə yönəlmiş şirkətlər var”(azərtac).

Post navigation

Previous: “Oktaybr hücumunun qisasını İsraildən mütləq alacağıq”
Next: Azərbaycan XİN Nikol Paşinyana cavab verib

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

orxan hebs
  • Sosial

DİN həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntüləri yaydı

User 21 Noyabr 2026 - 13:07
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində əvvəllər eyni əməllərə görə məhkum...
Read more about DİN həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntüləri yaydı
“Milad bayramına qədər Ukrayna və Rusiya arasında atəşkəs əldə oluna bilər” melani tramp
  • Dünya

“Milad bayramına qədər Ukrayna və Rusiya arasında atəşkəs əldə oluna bilər”

User 21 Noyabr 2026 - 12:31
Prezidentlər geniş tərkibdə görüşdü ilham vyet prez
  • Siyasət

Prezidentlər geniş tərkibdə görüşdü

User 21 Noyabr 2026 - 12:27
ChatGPT, yoxsa Claude – Hansı süni intellekt daha güclüdür? / 5 əsas fərq chtgpt
  • Media

ChatGPT, yoxsa Claude – Hansı süni intellekt daha güclüdür? / 5 əsas fərq

User 21 Noyabr 2026 - 11:05
“İranı məhv edirik” – Tramp ABŞ-ın hücumları ilə bağlı danışdı tramp f
  • Dünya

“İranı məhv edirik” – Tramp ABŞ-ın hücumları ilə bağlı danışdı

User 21 Noyabr 2026 - 10:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.