Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“COP29 – Yaşıl Gələcək Naminə Meşələri Qoruyaq” layihəsinə start verib

User 16 May 2025 - 09:52 (Last updated: 21 May 2025 - 20:37)
q05

“Mühit” Ekoloji Mühafizə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “COP29 – Yaşıl Gələcək Naminə Meşələri Qoruyaq” layihəsinə may ayından etibarən start verib.

Mayın 15-də Azərbaycan Turizm və Menecment Universitetində turizm ixtisası üzrə təhsil alan tələbələrlə “Ekoturizm” və “Meşələr” mövzusunda tədbir keçirilib. Tədbiri açan “Mühit” EMİB-nin sədri Əzizağa Hünbətəliyev layihənin mahiyyəti və tədbirlərin əhəmiyyəti haqqında məlumat verib, meşələrin qorunmasının həyati vacibliyindən danışıb. O, ötən ilin noyabr ayında ölkəmizdə keçirilən COP29 tədbirinin dünyada müsbət qarşılandığını və bu sahədə dövlətimizin üzərinə götürdüyü ekoloji öhdəlikləri iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə iştirak edən Turizm və Menecment Universitetinin Karyera və Kommunikasiya şöbəsinin müdir müavini Məhəbbət Hacıyeva ekoturizmin prinsipləri və inkişafından bəhs edib, bu sahənin dünya turizm sənayesinin ən sürətli inkişaf edən sahələrindən biri olduğunu, ölkəmizin Ümumdünya Turizm Təşkilatı tərəfindən ən perspektivli region kimi qeydə alındığını vurğulayıb. Universitetin “Turizm Biznesi” kafedrasının müdiri Hafiz Hüseynov qeyd edib ki, meşəlik ərazilərə edilən səfərlər həmin ərazilərin çiçəklənməsinə deyil, əksinə, bəzən onların zərər görməsinə səbəb olur. Təəssüf ki, bəzi turistlər təbiətlə təmasda olduqda ekoloji öhdəliklərini unudaraq ətraf mühiti çirkləndirirlər. Meşəlik ərazilərə atılan plastik tullantılar meşənin flora və faunasına mənfi təsir göstərə bilər ki, bu da arzuolunmaz nəticələrə səbəb olur.

Universitetin “Turizm işinin təşkili” fakültəsinin tələbəsi Murad Əsədov ekoturizmin təşkili və həyata keçirilmə qaydaları barədə danışıb. Eyni fakültənin tələbəsi Nuray Hüseynova isə turizmin inkişaf perspektivlərini diqqətə çatdırıb. Layihənin eksperti, hüquqşünas Aydın Kərimov COP29 tədbirlərinin ölkəmizdə keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, meşələrin qəsdən yandırılması, qanunsuz ağac kəsilməsi, istehsalat və məişət tullantılarının meşə ərazilərinə atılması halları zamanı Cinayət və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini izah edib.

Tədbirdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb, onları maraqlandıran mövzulara münasibət bildirilib.

 

AzPost.az

Post navigation

Previous: Bakı Şəhər İcra Hakimiyyəti 200 mantlıq şirkətə 2.5 milyon verəcək
Next: ABŞ Çinin bu şirkətlərini “qara siyahıya” salır

Oxşar xəbərlər

nvida sedr
  • Sosial

Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü?

User 12 Noyabr 2026 - 23:19
aile
  • Sosial

Bahalı hədiyyələr və romantik səyahətlər ailəni xilas etmir – Əsas məsələ başqadır

User 12 Noyabr 2026 - 20:57
dollar at
  • Sosial

Bir çamadan dolları pəncərədən həyətə atdılar – VİDEO

User 12 Noyabr 2026 - 19:08

xƏBƏR

azeri britani
  • Baş Yazı

Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı

User 12 Noyabr 2026 - 23:26
Azərbaycan Respublikası və Birləşmiş Krallıq arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bəyannaməni Azərbaycan Prezidenti İlham Əliyev və...
Read more about Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı
Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü? nvida sedr
  • Sosial

Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü?

User 12 Noyabr 2026 - 23:19
İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb ilham yunan bas nazir
  • Siyasət

İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb

User 12 Noyabr 2026 - 22:49
İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP ilham pasinyan dublin
  • Baş Yazı

İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP

User 12 Noyabr 2026 - 21:09
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var? britaniya bas nazir
  • Dünya

Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var?

User 12 Noyabr 2026 - 21:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.