Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Corc Buş 11 sentyabr hucumundan danışdı –

User 11 Sentyabr 2026 - 11:52 (Last updated: 11 Sentyabr 2026 - 11:52)
bus corc

ABŞ-ın keçmiş prezidenti Corc Buş amerikalıların 2001-ci il 11 sentyabr terror hücumlarının dərslərini unutmamalı olduğunu bildirib. O, xüsusilə xaricdə baş verən hadisələrin birbaşa ABŞ-ın təhlükəsizliyinə təsir etdiyini vurğulayıb.

Azpost.info bildirir ki, bu barədə CBS News məlumat yayıb.

Buş çərşənbə günü Dallasdakı prezident kitabxanasında keçmiş dövlət katibi və milli təhlükəsizlik üzrə müşavir Kondoliza Raysla birlikdə çıxış edib və 25 il əvvəl baş verən hadisələri xatırlayıb. “Ölkəmiz zaman-zaman izolyasionizm dövrləri yaşayır. Belə bir yanaşma yaranır ki, ölkə daxilində onsuz da çox problemimiz var, ona görə xaricdə baş verənlər kimin vecinədir?” – Buş deyib. Onun fikrincə, belə mövqe amerikalıların 11 sentyabrın əsas dərsinə diqqət yetirməməsi deməkdir: başqa ölkələrdə baş verənlər ABŞ-ın milli təhlükəsizliyi üçün əhəmiyyətlidir.

Buş həmçinin ABŞ-ı tiraniyaya qarşı mübarizə aparan insanları dəstəkləməyə çağırıb. Bununla belə, onun sözlərinə görə, belə dəstək mütləq ABŞ qoşunlarının göndərilməsi demək deyil.

Keçmiş prezident 11 sentyabr hücumlarından sonra ABŞ-ın hərbi əməliyyata başladığı Əfqanıstanı da xatırlayıb. Sonradan Amerika administrasiyası “Taliban” hərəkatının hakimiyyəti dövründə uzun illər davam edən repressiyalardan sonra ölkədə demokratik hökumətin yaradılmasını dəstəkləyib. Lakin müharibə 20 il davam edib və ABŞ tarixində ən uzunmüddətli hərbi münaqişəyə çevrilib. 2021-ci ildə Amerika qoşunlarının Əfqanıstandan çıxarılması və “Taliban”ın yenidən hakimiyyətə gəlməsi ilə müharibə başa çatıb.

Buş Əfqanıstan sakinlərinin guya azadlıqla diktatura şəraitində həyat arasındakı fərqi anlamadığı fikri ilə razılaşmayıb. O, ilk dəfə məktəbə getmək imkanı əldə edən əfqan qızlarını, həmçinin həkim və müəllim olan qadınları xatırladıb. Onun sözlərinə görə, “Taliban” hakimiyyətə qayıtdıqdan sonra həmin qadınlar öz potensiallarını reallaşdırmaq imkanından məhrum ediliblər.

Buş 11 sentyabr hücumlarından sonrakı ilk saatlardan da danışıb. Həmin vaxt o, ibtidai məktəbdə olub və administrasiya rəhbəri Endi Kard ona hücum barədə məlumat verib.

“Bu məqamda mən müharibə dövrünün prezidenti oldum”, – Buş deyib.

Kondoliza Rays isə terrorçuların təyyarələri qaçırmasından sonra hər bir sərnişin təyyarəsinin potensial raket kimi qəbul edildiyini xatırlayıb. Hakimiyyət bütün təyyarələrin yerə endirilməsi barədə göstəriş verib. Buş və Rays bir neçə dəqiqə ərzində ABŞ hərbçilərinin 93 saylı qaçırılmış reysi vura biləcəyindən ehtiyat ediblər. Əslində isə sərnişinlər terrorçuların təyyarəyə nəzarəti ələ keçirməsinin qarşısını almağa çalışdıqdan sonra təyyarə Pensilvaniya ştatında qəzaya uğrayıb.

Buş həmçinin terror hücumlarından sonra Amerika cəmiyyətinin birliyindən narahat olduğunu danışıb. O, müsəlmanlara və xarici görünüşü və ya mənşəyinə görə təqib olunan digər insanlara qarşı hücumlar barədə xəbərlərdən narahat olduğu üçün məscidə baş çəkib.

Keçmiş prezidentin sözlərinə görə, terrorla mübarizə dini etiqad azadlığından imtina ilə nəticələnməməli idi.

“İstəmirdim ki, biz öz ruhumuzu itirək”, – Buş hücumlardan sonrakı ilk həftələri xatırlayaraq deyib.

AzPost.az

Post navigation

Previous: Bakı Moskvaya mesaj verdi: Səfirdən açıqlama-
Next: Kinematoqrafçılar İttifaqına sədr seçkisi keçirilir

Oxşar xəbərlər

tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39
putin uitkoff
  • Dünya

Rusiya Ukrayna ilə bağlı danışıqların detallarını açmaqdan imtina edib

User 26 Oktyabr 2026 - 15:34
qara deniz
  • Dünya

Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü

User 26 Oktyabr 2026 - 14:18

xƏBƏR

hikmet01
  • Siyasət

“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

User 26 Oktyabr 2026 - 17:45
“Figaro” və “Le Monde” qəzetləri, demək olar ki, hər gün Azərbaycan əleyhinə materiallar dərc edirlər“. Oxu.Az xəbər...
Read more about “Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev
Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı? tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL gunes stansiyasi
  • Baş Yazı

Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL

User 26 Oktyabr 2026 - 16:12
Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı aile xerc
  • Baş Yazı

Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı

User 26 Oktyabr 2026 - 15:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.