Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

COVID-19-un EG.5 variantı:

User 25 Sentyabr 2023 - 12:46 (Last updated: 21 May 2025 - 20:15)
korona

Yeni növ koronavirusun (COVID-19) EG.5 və ya “eris” adlandırılan variantının əsas əlamətləri yüksək hərarət, öskürək, burun axıntısı, tənəffüs çətinliyi hesab olunur. Onun yoluxuculuğu daha yüksəkdir. Son günlər xüsusilə Türkiyə, Amerika Birləşmiş Ştatları, Çin, Böyük Britaniya və Avropanın bir sıra ölkələrində yoluxma saylarında artım var. Lakin mütəxəssislərin dediyinə görə, ölkəmizdə müşahidə olunan xəstəliklər mövsümlə əlaqədardır.

Həkim-terapevt Sevinc Zeynalova deyib: “Hazırda ölkəmizdə rast gəlinən virus hər il üzləşdiyimiz virusdur. Yüngül keçir, xəstələrdə üç gündən artıq hərarət olmur. Kataral əlamətlər – asqırma, burun axıntısı və boğaz ağrısı halları baş verir, bəzi xəstələrdə ishal olur. Lakin onun Türkiyədə yayılan virusla heç bir əlaqəsi yoxdur, çünki orda yayılan virus daha ağır keçir. Dəridə xırda səpgilər olur, dəyişikliklər baş verir, ürəyin ritmi pozulur, əzələ zəifliyi yaradır. Azərbaycanda hələ həmin virusun əlamətlərinə rast gəlinməyib”.

İmmun sistemi zəif olanlar, yanaşı xəstəliyi olanlar daha diqqətli olmalıdırlar. Həkimlər məsləhət görürlər ki, toplam və tünlük olan yerlərdə mümkün qədər az olmaq və başqaları ilə ünsiyyət zamanı sosial məsafəni qorumaq lazımdır. Bu kimi hallarla rastlaşanda və özünü narahat hiss edəndə həkimə üz tutmaqdan çəkinmək lazım deyil.

Virusun uşaqlar arasında yayılmasına gəlincə, həkimlər valideynləri təşvişə düşməməyə çağırır. Həkim-pediatr Səadət Əzimovanın mövqeyi belədir: “Hər temperatur yüksələn zaman və ya hansısa respirator əlamətlər olan kimi dərhal antibiotiklərdən istifadə etməmək lazımdır. Ən yaxşısı immun sistemini gücləndirmək üçün təbii vasitələrdən istifadə etməkdir. Valideynlər uşağın açıq havada daha çox gəzintisini təşkil etməli, gigiyenik qaydalara riayət olunmasını izləməli, vitaminlərlə zəngin olan meyvə-tərəvəzlərdən ibarət qida rasionu seçmək qayğısına qalmalıdırlar”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib. Qeyd edilib ki, yeni ştam sürətlə yayıldığı üçün tezliklə Azərbaycanda da aşkarlana bilər. Lakin təlaşa düşmək üçün hər hansı əsas yoxdur. Ölkəmizdə vəziyyət kifayət qədər stabildir. Virusun dalğası ölkəmizə çatmasa da, onun sonralar da gəlməyəcəyi istisna edilmir. Ona görə də ilk növbədə şəxsi gigiyena qaydalara əməl olunmalıdır(azərtac).

Post navigation

Previous: Sabah hava necə olacaq?
Next: Azərbaycan Ordusunun yük maşını minaya düşüb

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.