Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

COVID-19 virusu bədəndə bir ildən çox qala bilir

Orkhan Ali 12 Mart 2024 - 16:39 (Last updated: 21 May 2025 - 20:15)
17102472942396447754_1200x630

San-Fransiskolu tədqiqatçılar insanların hansı səbəbdən uzun müddət COVID-19 virusundan əziyyət çəkdiyini izah edə biləcək heyrətamiz bir kəşf ediblər. Məlum olub ki, koronavirusun izləri xəstələrin qanında və toxumalarında bir ildən, bəzi hallarda isə iki ildən çox qala bilir.

Koronavirusa yoluxan bəzi insanlar zaman keçdikcə yorğunluq, beyin dumanlanması, qan-damar, həzm problemləri kimi davamlı simptomlardan əziyyət çəkirlər. Alimlər “uzun COVID” adlandırılan belə vəziyyətlə bağlı yeni araşdırma aparıb.

San-Fransisko Kaliforniya Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Maykl Pelusonun rəhbərlik etdiyi komanda tədqiqatın nəticələrini təqdim edib. Onlar infeksiyaya yoluxduqdan 14 ay sonra qanda, iki il sonra isə toxuma nümunələrində həssaslığı yüksək olan testlər vasitəsilə COVID-19 antigenləri kimi tanınan virus hissələrini aşkarlayıblar.

Universitetin tədqiqatına COVID-19-a yoluxmuş 171 şəxs qatılıb. Tədqiqatçılar virusun insan hüceyrələrinə daxil olma prosesinə diqqət yetirərək onların bəzi pasiyentlərin bədənində gözlənildiyindən daha uzun müddət qaldığını müəyyənləşdirib. Komanda, həmçinin toxuma nümunələrini tədqiq edərək, infeksiyadan iki il sonra da virusun izlərini tapıblar. Bu səbəbdən koronavirus xəstələrində uzun müddətli simptomlar müşahidə olunur.

Maykl Peluso və komandası hazırda antiviral dərmanlarla müalicələrin virus qalıqlarını bədəndən təmizləməyə və uzunmüddətli simptomlarını yüngülləşdirməyə kömək edə biləcəyini yoxlamaq üçün klinik sınaqlar aparır(azərtac).

Post navigation

Previous: Ən yaxşı termosu necə seçməliyik?
Next: Suraxanı rayonunun qaz təchizatında fasilə yaranacaq

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.