“COVID-dən sağalmağa əmin olmaq üçün qandan analiz verilməlidir” –Virusoloq

“COVID-19 xəstəsinin sağalmasına əmin olmaq üçün burun-udlaq hissədən götürülən yaxma çox vaxt dəqiq nəticə vermir”.

Bunu Novosibirsk Dövlət Universitetinin Təbiət Elmləri Fakültəsinin virusoloqu, elmləri doktoru Sergey Netesov mətbuata açıqlamasında bildirib.

Virusoloq əlavə edib ki, yaxma yalnız boğaz və udlaqdan götürüldüyü üçün patogen bədənin başqa yerində də ola bilər: “Bu üsul sözsüz ki, insanın koronavirus infeksiyasından sağalmasına 100 % zəmanət vermir. Buna əmin olmaq üçün yalnız bir müddət sonra təhlili təkrarlamaq və ya daha yaxşısı, qandan analiz verilməlidir”.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Abşeronda youtuber qadın sərxoş halda avtomobili qaçırıb, qəza törədib –

Sonrakı məqalə

Dolların bu günə olan məzənnəsi