“Çox çətin bir dövr yaşadıq…Satqınları Allaha tapşırıram” –

Mübariz Mənsimov dəstək verənlərə təşəkkür etdi
06 Mart 2021 - 16:20
Türkiyə məhkəməsinin höküm ilə şərti azadlığa buraxılan azərbaycanlı iş adamı Mübariz Mənsimov ona dəstək verənlərə təşəkkür edib. 
Azpost.info bildirir ki, bununla bağlı M. Mənsimov sosial şəbəkədəki səhifəsində yazıb.
“Azadam! Şərti olsa da azadlıqdayam. İlk gündən deyirdim ki, günahsızam. Dayanmadan təkrarlayırdım ki, terrorçu deyiləm, olmamışam və heç vaxt olmayacam. Hər zaman sözümlə və əməlimlə dövlətimin yanında olmuşam və bundan sonra da olacam. Heç kim və heç nə məni bu yoldan döndərmək gücündə deyil”.
M.Mənsimov bu günə qədər dəstək məktubları, zəngləri, mesajları yanında olan hər kəsə təşəkkür edib: “Analar, bacılar, qardaşlar dostlarım! Hər birinizi bir daha tanıdım, hər birinizin süvgisini gördüm və hiss etdim. Əlbəttə, çox çətin və çox yorucu bir dövr yaşadıq. Gah sevindik, gah da kədərləndik. Gərgin anlarımız da oldu. Amma təki bütün çətinliklərin sonu gözəl olsun, İnşallah. Haqq qazansın, şər-böhtan deyil. Satqınları və xəyanətkarları isə Allaha tapşırıram. Dualarınız bizimlə olsun!
12 aylıq ayrılıqdan sonra ailəmin əhatəsindəyəm. Atam və anam üçün çox darıxmışdım. Ailəm, övladlarım üçün çox darıxmışdım. “Palmali” ailəsi üçün çox darıxmışdım. Ayrıca 350 gün yanımdan 1 gün də ayrılmayan mənə inananlara, xüsusilə haqqımı savunan vəkillərimə təşəkkürümü bildirirəm. Mənə inandınız, məni qorudunuz, 350 gün sirdaşım oldunuz”.