DİN bir qrup qadının 8 Mart aksiyası ilə bağlı xəbərdarlıq edib

Daxili İşlər Nazirliyi (DİN) bir qrup qadının martın 8-də aksiyaya hazırlaşması ilə bağlı xəbərdarlıq edib.

DİN-in mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmayan və xüsusi karantin rejimi qüvvədə olduğu dönəmdə hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquqi məsuliyyət yaradır.

“Əgər belə bir cəhd olarsa, qarşısı polis əməkdaşları tərəfindən qətiyyətlə alınacaq”, – deyə DİN-dən bildirilib.

Qeyd edək ki, bir qrup qadın martın 8-də Fəvvarələr meydanından (“McDonalds”-ın qarşısından) Azad qadın heykəlinə kimi “8 marş – Haqlarımız uğrunda!” şüarı ilə yürüş keçirmək istəyir.

Bakı şəhər İcra Hakimiyyəti yürüşün keçirilməsinə razılıq verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Diplomatlar Qubadlıda Ermənistanın törətdiyi ekoloji terroru görüblər

Sonrakı məqalə

“Çox çətin bir dövr yaşadıq…Satqınları Allaha tapşırıram” –