“Çox içib və az dua etdikləri üçün braziliyalılara xilas yoxdur” –Roma Papasından iynəli sözlər (VİDEO)

Roma Papası Fransisk Braziliyadan olan keşişlərlə görüşü zamanı bu ölkənin vətəndaşlarının çox içdikləri üçün xilas ola bilməyəcəyini bildirib.

Bu barədə “Sentinel” xəbər yayıb.

Pontifikin Braziliya ieparxiyası ilə söhbəti Vatikanda baş tutub, bununla bağlı videonu isə keşiş Joau Paulo özünün “Instagram” hesabında paylaşıb.

Kadrlardan görünür ki, keşiş Papadan Braziliya xalqı üçün dua etməsini istəyir.

“Siz xilas olmayacaqsınız. Həddindən artıq kaşası (sərt spirtli içki) qəbul edir və az dua edirsiniz”, – deyə Fransisk gülümsəyərək bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Barselona” Qvardiolanı geri qaytarmağa çalışır

Sonrakı məqalə

ABŞ dövlət katibi Azərbaycan xalqını təbrik edib