“Barselona” Qvardiolanı geri qaytarmağa çalışır

“Barselona” futbol klubunun prezidenti Xuan Laporta “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanı Kataloniya klubuna geri qaytarmağa çalışır.

Bu barədə AS agentliyi məlumat yayıb.

Mənbə iddia edir ki,  Çempionlar Liqasının final matçından dərhal sonra X.Laporta ilə 50 yaşlı ispaniyalı futbol mütəxəssisi arasında təkbətək görüş keçiriləcək.

Xatırladaq ki, İspaniyanın və dünyanın bir sıra nüfuzlu futbol nəşrləri “Barselona” rəhbərliyinin hazırkı baş məşqçi Ronald Kumanı vəzifədən kənarlaşdıracağını yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada din xadimi Ağdamdakı məscidlə bağlı paylaşım etdiyi üçün məhkəməyə verilib

Sonrakı məqalə

“Çox içib və az dua etdikləri üçün braziliyalılara xilas yoxdur” –