“Çox şey deyə bilərəm, lakin insanların həyatını təhlükəyə atmamaq üçün susacağam” –PAŞİNYANDAN AÇIQLAMA

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağla bağlı verdiyi qərarın səbəbini açıqlamayıb.

 “SputnikArmenia”nın verdiyi xəbərə görə, o, bunu hərbi əməliyyatların dayandırılması prosesinin davam etdiyini və bəyanatının bir çoxuna zərər vura biləcəyi ilə əsaslandırıb.

Paşinyan qərarın dərin analiz və hazırkı hərbi vəziyyəti dərindən bilən şəxslərin qənaəti əsasında verildiyini vurğulayıb.

“Mən çox şey deyə bilərəm, lakin insanların həyatını təhlükəyə atmamaq üçün susacam. İndi hay-küy salanlar səngərlərdəki əsgərlərin kürəyinə zərbə vururlar. Mənim istefamı tələbə edən bir siyasi xadim var, bir gün əvvəl isə Şuşadakı mövqeləri tərk etmişdi. Məqsədləri ədalətli və səmimi olan insanlar da var. Bu ölən əsgərlərin doğmalarıdır, mən onların qarşısında baş əyirəm”, – deyə Paşinyan bildirib. 

O, qeyd edib ki, cəbhədə vəziyyət stabil deyil və ona zərər vuracaq addım atmaq olmaz. Paşinyan bir daha vurğulayıb ki, hazırda heç nəyi təfsilatı ilə izah edə bilməyəcək, vəziyyət stabilləşəndən sonra hər şeyi açıqlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur” –

Sonrakı məqalə

Etirazçılar Ermənistan parlamentinin sədrini döydülər –