Cüdoçumuz Rüstəm Orucov 1/4 finala yüksəldi –

Tokio-2020
26 İyul 2021 - 08:59

Azərbaycan cüdoçusu Rüstəm Orucov (73 kq) Tokio Olimpiadasında ikinci qələbəsini qazanıb.

Trend xəbər verir ki, cüdoçumuz səkkizdəbir finalda Somon Makhmadbekovla (Tacikistan) görüşüb. Rəqibinə vazari xalı ilə qalib gələn R.Orucov dörddəbir finala vəsiqə qazanıb.

Qeyd edək ki, Rüstəm Orucov onaltıdabir finalda rusiyalı cüdoçu Musa Moquşkovu mübarizədən kənarlaşdırıb. Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur.