Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Çürük və yarımçıq dövlətlər”in vətəndaşları, psixi xəstələr, quldurlar Amerikaya gəlib” –

User 28 Noyabr 2025 - 11:05 (Last updated: 28 Noyabr 2025 - 11:07)
tramp

“”Üçüncü dünya” ölkələrindən olan immiqrasiyanı birdəfəlik dayandıracağam. Milyonlarla qeyri-qanuni icazələri ləğv edəcəyəm. ABŞ-ı sevə bilməyən hər kəsi ölkədən çıxaracağam. Daxili sülhü pozan immiqrantların vətəndaşlığını ləğv edəcəyəm. Qərb sivilizasiyasına uyğun olmayan hər hansı bir xarici vətəndaşı deportasiya edəcəyəm”.

AzPost bildirir ki, bu sözləri ABŞ Prezidenti Tramp Şükranlıq Günü ilə bağlı xalqa müraciətində bəyan edib.

Tramp miqrantların ünvanına kəskin ifadələr işlədib onların mənşə ölkələrini “yarımçıq və mövcud olmayan ölkələr” adlandırıb.

Prezident bildirib ki, ABŞ-da yaşayan əcnəbilərin rəsmi sayı 53 milyondur. “Onların əksəriyyəti “yarımçıq dövlətlər”dən, həbsxanalardan, ruhi xəstəxanalardan, quldurlardan və ya narkotik kartellərdən ABŞ-a gəliblər və sosial yardımla yaşayırlar. Onlar və uşaqları xeyirxah Amerika vətəndaşlarından gələn böyük ödənişlərlə dəstəklənirlər”.

Tramp bildirib ki, miqrantların faktiki sayı xeyli çoxdur. Bu qaçqın yükü ABŞ-da sosial disfunksiyanın əsas səbəbidir. “Məsələn, Somalidən yüz minlərlə qaçqın bir vaxtlar böyük olan Minnesota ştatını tamamilə ələ keçirib. Somali dəstələri küçələrdə “ov” axtarır, gözəl insanlarımız isə qorxudan mənzillərindən çıxa bilmir”.

Prezident Tramp Minnesota ştatının qubernatoru Tim Valtzı təhqir edib, onu “geridə qalmış” adlandırıb: “O, qorxudan, səriştəsizlik və ya hər ikisi üzündən heç nə etmir. Ölkəmizin ən pis “konqres üzvü”, həmişə hicabda gəzən İlhan Ömər isə ABŞ-a qanunsuz olaraq gətirilib. O, ölkəmizdən, onun Konstitusiyasından və onunla necə “pis” rəftar edildiyindən qəzəblə şikayət etməkdən başqa bir şey etmir. Baxmayaraq ki, onun gəldiyi ölkə, mənşəyi çürümüş, geridə qalmış, cinayətkarlıqla dolu bir ərazidir. Hökumət, ordu, polis, məktəb və s. olmaması səbəbindən əslində heç ölkə belə deyil”.

Tramp deyib ki, ABŞın texnoloji irəliləyişlərinə baxmayaraq, immiqrasiya siyasəti bu qazancları sarsıdıb və bir çoxları üçün həyat şəraitini pisləşdirib: “ABŞ sisteminin tam bərpa olunması  üçün bütün “Üçüncü dünya” ölkələrindən immiqrasiyanı birdəfəlik dayandıracağam. “Yuxulu Co” Baydenin imzaladıqları da daxil olmaqla, Bayden dövründəki bütün milyonlarla icazələri ləğv edəcəyəm. ABŞ-ın xalis aktivi olmayan və ya ölkəmizi sevə bilməyən hər kəsi ölkədən çıxaracağam. Ölkəmizin vətəndaşı olmayanlar üçün bütün federal müavinətləri və subsidiyaları ləğv edəcəyəm. Daxili sülhü pozan immiqrantların vətəndaşlığını ləğv edəcəyəm. Qərb sivilizasiyasına uyğun olmayan hər bir xarici vətəndaşı deportasiya edəcəyəm”.

AzPost.az

Post navigation

Previous: Göz həkiminə qarşı cinayət işinə xitam verilib –
Next: Zelenskinin Ofisinin rəhbəri Yermakın mənzilində axtarış aparılır

Oxşar xəbərlər

tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
aramko
  • Dünya

Səudiyyə Ərəbistanının paytaxtında raket hücumu – “Aramco” binası zədələndi

User 08 Noyabr 2026 - 13:14

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.