Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “Lökbatan” sularda xilasetmə məntəqəsi ərazisində çimərkən 1 nəfər batma təhlükəsi ilə üzləşib.
FHN-dən APA-ya verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxs xilas edilib.