“Dəqiq plan yoxdursa, atəşkəs münaqişənin bitməsi yox, dondurulmasıdır”- ZELENSKİ

Ukrayna prezidenti Vladimir Zelenski iyulun 2-də Kiyevə səfər edən Macarıstan Baş naziri Viktor Orbanın Rusiya ilə danışıqlara başlamaq üçün atəşkəs təklifini rədd edib.

Azpost.info xəbər verir ki, Zelenski bunu “Bloomberg”ə müsahibəsində deyib.

Onun fikrincə, Rusiya atəşkəsdən istifadə edərək güc toplayıb döyüş əməliyyatlarını bərpa edə bilər.

“Mən çox açıq şəkildə izah etdim ki, biz müharibədayıq, sadəcə atəşkəs haqqında danışa bilmərik”, – Zelenski bildirib.

Ukrayna prezidenti hesab edir ki, dəqiq plan olmadığı halda atəşkəs münaqişənin sona çatması deyil, dondurulması demək olacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.