“Dərs vaxtı”:

sabaha olan cədvəl açıqlanıb
14 May 2020 - 12:10

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” proqramının mayın 15-nə olan cədvəli açıqlanıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, sabah Azərbaycan bölməsi üçün saat 10:00-da – Fiziki tərbiyə; 10:10-da XI sinif – Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix, Ədəbiyyat; 11:20-də X sinif – Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix; 12:20-də IV sinif – Azərbaycan dili, Musiqi, İnformatika-Rəqəmsal bacarıqlar; 12:40-da III sinif – Azərbaycan dili, Riyaziyyat, Musiqi; 13:15-də II sinif – Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi; I sinif şagirdlərinə Riyaziyyat və Həyat bilgisi dərsləri olacaq.

Rus bölməsi üçün 14:00-da IV sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi, İnformatika-Rəqəmsal bacarıqlar, 14:35-də VIII sinif – Kimya, Biologiya, Coğrafiya, İnformatika-Rəqəmsal bacarıqlar; 15:20-də IX sinif şagirdlərinə Kimya, Biologiya, Coğrafiya dərsləri olacaq.