“Dərs vaxtı”nın 30 mart cədvəli açıqlanıb

28 Mart 2020 - 18:42

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının 30 mart üçün nəzərdə tutulan dərs cədvəli açıqlanıb.

Nazirlikdən verilən məlumata görə, 30 martda Azərbaycan bölməsi üçün saat 10:00-da Fiziki tərbiyə; 10:10-da VI sinif – Azərbaycan dili, Riyaziyyat, Fizika, Tarix; 10:55-də V sinif – Azərbaycan dili, Riyaziyyat, Tarix; 11:25-də Məktəbəhazırlıq; 11:35-də IV sinif – Azərbaycan dili, Riyaziyyat, İngilis dili; 12:00-da III sinif – Azərbaycan dili, Riyaziyyat, İngilis dili; 12:30-da II sinif – Azərbaycan dili, Riyaziyyat, İngilis dili ; 13:00-da I siniflər üçün Azərbaycan dili, Riyaziyyat, İngilis dili dərsləri olacaq.

Rus bölməsi üçün 14:00-da – Məktəbə hazırlıq; 14:10-da V sinif – Rus dili, Riyaziyyat; 14:30-da VI sinif – Rus dili, Riyaziyyat, Fizika; 15:05-də XI siniflər üçün – Rus dili, Riyaziyyat və Fizika dərsləri olacaq.