“Dərs vaxtı”nın 6 aprel cədvəli açıqlanıb

05 Aprel 2020 - 20:02

“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 6-ı üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

 Təhsil Nazirliyindən verilən məlumata görə, sabah saat 10:00-da – Fiziki tərbiyə; 10:10-da VI sinif – Azərbaycan dili, Riyaziyyat, Fizika, Tarix; 10:55-də V sinif – Azərbaycan dili, Riyaziyyat, Tarix; 11:30-da  – Məktəbəhazırlıq; 11:45-də IV sinif – Azərbaycan dili, Riyaziyyat, İngilis dili; 12:15-də III sinif – Azərbaycan dili, Riyaziyyat, İngilis dili; 12:50-də II sinif – Azərbaycan dili, Riyaziyyat, İngilis dili; 13:20-də I sinif – Azərbaycan dili, Riyaziyyat, İngilis dili dərsləri olacaq.

 Rus dili bölməsi üçün 14:00-da – Məktəbəhazırlıq; 14:15-də  V sinif – Rus dili, Riyaziyyat; 14:40-da VI sinif – Rus dili, Riyaziyyat, Fizika; 15:15-də XI siniflərə Rus dili, Riyaziyyat, Fizika dərsləri olacaq.