Dəfn mərasimində şahzadə Harri və qardaşı Uilyam arasında ciddi mübahisə yaşanıb

Şahzadə Harri və Uillyam arasındakı münasibətləri əvvəl düşünüləndən daha pis olduğu ortaya çıxıb.

“Daily Mail”in məlumatına görə, bu barədə britaniyalı tarixçi Robert Leysi xəbər verib.

Onun sözlərinə görə, şahzadə Filippin dəfn mərasimində Harrinin kraliyyət ailəsi ilə barışması gözlənilirdi, ancaq əksinə böyük və biabırçı bir mübahisə yaşanıb.

Qeyd olunur ki, qardaşlar kameralar qarşısında özlərini sakit aparıblar, lakin bir müddət sonra vəziyyət dəyişib.

“Müqəddəs Georgi kilsəsinin yanında yenidən mübahisə etməyə başladılar. Mübahisə o qədər böyüdü ki, bir-birlərinin boğazlarını gəmirməyə hazır idilər. Qardaşlar bir-birlərinə ciddi çəkildə qəzəblidirlər, kinləri inanılmaz dərəcədə dərinləşib. Bir-birlərinə çox sərt və incidici şeylər söylədilər. Belə görünür ki, şahzadə Diana və Şahzadə Çarlzın oğulları arasındakı qarşıdurmanın tezliklə sona çatması ehtimalı yoxdur”, – deyə tarixçi bildirib.

Bundan əlavə, mütəxəssis şahzadələrin də ataları ilə görüşmədiklərinə aydınlıq gətirdi.

Bu arada, iyulun 1-də qardaşlar yenidən analarının abidəsinin açılışında görüşəcəklər. Ancaq orada da barışığın baş verəcəyi ehtimalı azdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Dünya yeni pandemiyalara hazırlaşmalıdır” –

Sonrakı məqalə

Çexiya Rusiyadan 2014-cü il partlayışına görə təzminat tələb edir –