Dəniz qumunun sağlamlıq üçün faydaları

Dəniz qumu orqanizm üçün günəş qədər faydalıdır. İslanmış dəniz suyunda gəzmək qan damarlarının genişlənməsinə və qan təzyiqinin sabitləşməsinə kömək edir. Eləcə də dəniz qumu yüksək tərləməni normaya salır. Qumun üzərinə uzanmaq ifraz olunan təri özünə çəkir.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov deyib: “Xəzər qumu xırda hidroskopik şəkildə olduğuna görə faydası çox böyükdür. Mayeni çox güclü formada özünə çəkir. Dəniz qumunun tərkibində olan kvas günəş şüalarını dəriyə daha yaxşı ötürür, xırda kapilyarları genişləndirir, tərləməni təmin edir və tərləmə ilə birlikdə toksiki maddələrin xaric olmasına kömək edir”.

İsti qum revmatizm xəstəliyi zamanı müsbət təsir göstərir. Dənizdən müəyyən miqdarda qum götürüb isidərək oynaqlardakı nahiyələri örtmək məsləhətdir. Yarım saatdan sonra onu ilıq su ilə yuyub iki saat istirahət etmək çox yaxşı nəticələr verir. “Həmin proseduru günortadan sonra etmək daha məsləhətlidir, çünki günəş şüaları qumu qızdırıb maksimum temperatura çatdırır və müalicəvi təsiri daha da artmış olur”, -deyə həkim-terapevt bildirib.

Dəniz qumu hətta miqren xəstəliyinin müalicəsi üçün də faydalıdır. Lakin isti qumu bütün hallarda xeyirli hesab edib saatlarla qumdan çıxmamaq da olmaz, çünki onun zərərli cəhətləri də var. Məsələn, təzyiq, şəkər, ürək xəstəliyi olanların ayaqlarını quma basdırması tövsiyə olunmur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Jurnalistika ixtisasını seçənlər bu gün qabiliyyət imtahanı verir

Sonrakı məqalə

Şuşalılar öz doğma şəhərlərinə yola düşüblər