Dənizdə uşaq batıb

Bakı şəhərinin Sabunçu rayonunun Pirşağı qəsəbəsində dənizdə uşaq batıb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 metr aralı, nəzarətsiz ərazi) 1 nəfər uşağın batması barədə ilkin məlumat daxil olub:

“Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Zuğulba” dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub”.

Əvvəlki məqalə

“Mirzoyan növbəti dəfə sülh və sabitlikdə maraqlı olmadığını nümayiş etdirib” –

Sonrakı məqalə

Zahid Niftəliyev 42 milyon ittihamla həbs edilib