D vitaminini normadan artıq qəbul etmək bu xəstəliklərə səbəb olur

D vitamini insan sağlamlığının qorunmasında mühüm rol oynayır.

Azpost.info xəbər verir ki, onun əsas funksiyası sümüklərin və dişlər üçün zəruri olan qanda kalsium və fosfat səviyyəsini tənzimləməkdir.

Bundan başqa, D vitamini immun sisteminin fəaliyyətində iştirak edir, hormonların sintezini tənzimləyir, beyin və ürək-damar sisteminin funksiyalarına təsir göstərir.

D vitamini sağlamlıq üçün çox faydalı olsa da, orqanizmdə onun normadan artıq olması təhlükəlidir və ciddi xəstəliklərə səbəb ola bilər.

Məsələn, ən çox görülən problemlərdən biri hiperkalsemiyadır. Bu, qanda çox kalsium olduqda baş verir və sümük sağlamlığının pisləşməsinə səbəb ola bilir. Çünki kalsium sümükləri gücləndirmək əvəzinə yumşaq toxumalarda yerləşməyə başlayır.

Bundan başqa, çox miqdarda D vitamini böyrək daşlarına səbəb ola bilər ki, bu da çox ağrılıdr, hətta əməliyyat tələb edir.

Bu vitaminin həddindən artıq olması hipertoniya kimi ürək-damar xəstəliklərinin, həmçinin metabolik sindromun və müxtəlif xərçənglərin riskinin artmasına səbəb ola bilər.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Sonrakı məqalə

Göygöldə 2 nəfəri sel apardı, meyitləri tapıldı