Dağıstanda partlayışda 30 nəfər ölüb, 100 yaralı var

Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb.

Bu barədə Rusiya FHN məlumat yayıb.

Məlumatda o da qeyd olunub ki, hadisə nəticəsində xəsarət alanların sayı 100-ü keçib. Yaralıların içində azyaşlılar da var.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.