“Dağlıq Qarabağ əhalisini sülhə hazırlamağa çalışırıq” –  

ABŞ-ın Ermənistandakı səfirindən açıqlama
21 May 2020 - 19:34

“Biz diqqətimizi digər istiqamətə cəmləməyə – Minsk Qrupuna kömək etmək üçün Dağlıq Qarabağ əhalisini, xalqını sülhə hazırlamağa çalışırıq”.

Azpost.info bildirir ki, bu sözləri ABŞ-ın Ermənistandakı fövqəladə səfiri Linn Treysi Facebbok-dakı canlı yayım zamanı bəyan edib.

Canlı yayın zamanı ABŞ səfirindən Rusiya XİN rəhbəri Lavrovun səsləndirdiyi danışıqlarda mərhələli planın müzakirəsi ilə bağlı dediklərinə münasibət soruşulub.

Səfir deyib ki, ABŞ münaqişənin dinc yolla həlli üçün aparılan səylərə sadiqdir: “ABŞ Minsk Qrupunun həmsədri kimi bu işlərdə aktiv şəkildə iştirak edir. Rusiya da həmsədrlərdən biridir. Biz öz işimizi Minsk Qrupunun həmsədrləri ilə konstruktiv formada aparmağa çalışırıq. Biz münaqişənin həlli üçün olan vasitəçilik səyinə sadiqliyimizi saxlayırıq”.

Linn Treysi pandemiya şəraitində də Minsk Qrupu çərçivəsində onlyan şəkildə müzakirələrin davam etdirilməsinin vacibliyini qeyd edib: “Həmsədr kimi bizim vəzifəmiz münaqişənin uzunmüddətli dinc həllinə nail olmaqdır”.

Səfir deyib ki, ABŞ Dağlıq Qarabağ xalqına minadan təmizləmə proqramı çərçivəsində etdiyi humanitar yardımdan qurur duyur.

“Son illərdə bu layihənin dəstəklənməsi üçün  70 milyon dollar ayrılıb: “İndi, minadan təmizləmə işlərimiz bitdikdən sonra biz  diqqətimizi digər istiqamətə cəmləməyə – Minsk Qrupuna kömək etmək üçün Dağlıq Qarabağ əhalisini, xalqını sülhə hazırlamağa çalışırıq”.

 Azpost.info