“Dağlıq Qarabağ ətrafında 7 rayonun ömür boyu həmin vəziyyətdə qalacağına dair illüziya olmamalı idi” –LAVROV

“Dağlıq Qarabağın ətrafındakı yeddi rayonun kimə məxsus olmasına dair illüziya olmamalı idi”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli və xarici media nümayəndələrinə müsahibəsində bildirib.

“Bir daha qeyd edirəm. Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun ömür boyu həmin vəziyyətdə qalacağı ilə bağlı illüziya olmamalı idi, hansı ki, ay yarım və iki ay bundan əvvələ qədər vardı. Məsuliyyətli hakimiyyət əhaliyə izah etməyə borclu idi ki, bu nizamlanmanı hansısa mərhələdə uzun illər masa üstündə olan prinsiplərə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təkliflərinə müvafiq həyata keçirmək lazım gələcək. O zaman bu münaqişənin qan tökülmədən nizamlanmasına, bu regiondakıların, Qarabağ ermənilərinin və Qarabağda yaşayan digər etnik qrupların təhlükəsizliyinə hansısa zərər vurmadan ideal yol açılardı”, – deyə Rusiya XİN başçısı vurğulayıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 1622 nəfər COVID-19-a yoluxub,-

Sonrakı məqalə

Lavrov Dağlıq Qarabağın statusu barədə əvvəlki təklifləri “dəfn etdi” –