Lavrov Dağlıq Qarabağın statusu barədə əvvəlki təklifləri “dəfn etdi” –"Statusu müəyyənləşdirmək üçün heç bir süni tarix olmamalıdır”

“Dağlıq Qarabağın statusu bu regionun bütün kateqoriyadan olan sakinlərinin hüquqları dəqiqləşdirildikdən sonra müəyyənləşdiriləcək”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli və xarici KİV nümayəndələrinə müsahibəsində deyib.

“Statusun SSRİ-nin dağılması dövründə müharibə başlayana qədər, uzun illər olduğu kimi Dağlıq Qarabağda etno-konfessional razılığı bərpa etmək üçün hansı addımları atmalı olduğumuzdan asılı olaraq müəyyənləşəcəyindən çıxış edirik. Status yalnız Dağlıq Qarabağda yaşayan və ora qayıtmaq hüququ olanlara və əlbəttə ki, hər zaman bu ərazidə olmağa davam edənlərə hansı hüquqların veriləcəyi bəlli olduqdan sonra müəyyən edilə bilər. Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək üçün heç bir süni tarix olmamalıdır”, – deyə Rusiya XİN başçısı vurğulayıb. (APA)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Dağlıq Qarabağ ətrafında 7 rayonun ömür boyu həmin vəziyyətdə qalacağına dair illüziya olmamalı idi” –

Sonrakı məqalə

XİN atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin yaradılması ilə bağlı məlumat yaydı