“Dağlıq Qarabağda rəsmi dillə bağlı deyilənlər manipulyasiya növüdür” –

"Dağlıq Qarabağ mövcud deyil" (İLHAM ƏLİYEV)
26 Fevral 2021 - 13:08

“Dağlıq Qarabağda rəsmi dil məsələsinə dair qeyd edim ki bu bir manipulyasiya növüdür. Orada suaxili dilini də rəsmi dil elan edə bilərlər. Bunun heç bir nəticəsi yoxdur. Dağlıq Qarabağ movcud deyil.  Hamı o ərazini Azərbaycan ərazisi kimi tanıyır”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev separatçı qrupun Dağlıq Qarabağda rus dilinin “dövlət dili” elan edilməsi ilə bağlı suala cavab verərəkən bildirib.

“Bu xunta rejiminin son cəhdləridir. Guya onlar dövlətdilər. Azərbaycanda rəsmi dili Azəbaycan dilidir. Başqa rəsmi dil ola bilməz”.

Prezident bildirib ki, ölkədə digər dillərə məhdudiyyət qoymur: “Ölkəmizdə rus dili geniş istifadə olunur. Bu gün bizdə rus dilində daha çox qəzet, KİV fəaliyyət göstərir. Məktəblərimiz var. Ermənistanda isə bu sıfırdır. Yalnız rus kontingenti üçün məktəb var. Orada qanun qəbul edilib ki, rus məktəblərinə erməni uşaqları gedə bilməz. Onlar Rusiyadan hər bir resurları qəbul edirlər. Məhv etdiyimiz silahları Rusiydan pulsuz almışdılar. Bu hədiyyə və “kredit” əsasında olmuşdur. Belə bir tərəfdaşa qarşı ayrı-seçkilik edirlər. Rus dilini qadağan edirlər. Amma indi sülhməramlı Qarabağa gələndən sonra birdən bu dildən danışmağa başlayıblar.

Mən suaxili dilini təklif edirəm. Gələcəyə gəldikdə Azərbaycanda fərqli dillərdə danışanlar üçün hər cür imkanlar mövcuddur. Həmin ərazilərdə ermənilər öz aralarında erməni dilində danışa bilərlər. Sovet dövründə erməni dilində qəzetlər var idi. Erməni dili də Azərbaycanda qorunacaq”.