Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mandatı məsələsi həll olunur.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu məsələ Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli razılaşmasının predmeti olmalıdır.
“Bu barədə 11 yanvar Moskva görüşündə də qeyd olunub. Bildirim ki, nə 9 noyabr üçtərəfli bəyanatında, nə də 11 yanvar razılaşmasında heç bir gizli bənd yoxdur”, – deyə Rusiya XİN başçısı vurğulayıb.