Dağlıq Qarabağdan əhalinin təxliyəsinə başlanılıb

29 Sentyabr 2020 - 12:48

Dağlıq Qarabağdan əhalinin təxliyəsinə başlanılıb.

Bu barədə Rusiyanın “İzvestiya” media resursu Xankəndindəki müxbirinə istinadən məlumat yayıb.

Müxbirinin verdiyi xəbərə görə, insanlar kütləvi şəkildə Ermənistana gedirlər: “Onlar İrəvana göndərilir. Deyirlər ki, onları orada mütləq qarşılayacaqlar. Polis yoldan avtomobillə keçənləri saxlayır. Avtomobili olanlar Dağlıq Qarabağ əhalisini pulsuz Ermənistana daşıyır”.