“ABŞ Dağlıq Qarabağ üzrə sazişi nəzərə alıb, onun reallaşması ilə bağlı detalları gözləyir. Vaşinqton zorakılığın dayandırılmasına şad olacaq”.
Azpost.info bildirir ki, bu barədə RİA-ya Dövlət Departementinin nümayəndəsi bildirib.
“Biz Rusiyanın vasitəçiliyi ilə bağlanmış sazişdən xəbərdarıq. Onun detalları barədə daha çox bilməkdə maraqlıyıq”-deyə o vurğulayıb.
Dövlət departamentinin nümayəndəsi qeyd edib ki, onlar hələ atəşkəsin konkret detalları və sonrakı addımlar barədə şərh verə bilməzlər: “Tərəflər yeni sazişi necə qəbul etmələrini özlərindən soruşmaq lazımdır”.