Daha 71 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib- Operativ Qərargah

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 71 yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 min 450 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 min 942 nəfər müalicə olunaraq sağalıb, 10 min 54 nəfər vəfat edib. Aktiv xəstə sayı 454 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 863, bu günə qədər isə ümumilikdə 7 milyon 461 min 419 test icra olunub.

Əvvəlki məqalə

Ərdoğan və İran XİN rəhbəri Cənubi Qafqazı müzakirə edib

Sonrakı məqalə

Zelenski Arestoviçin istefa ərizəsini qəbul edib