Zelenski Arestoviçin istefa ərizəsini qəbul edib

Ukrayna prezidentinin ofis rəhbərinin müşaviri Aleksey Arestoviçin istefa ərizəsi qəbul edilib.

Bu barədə Prezident Vladimir Zelenskinin mətbuat xidmətinin rəhbəri Sergey Nikiforov açıqlama verib.

Aleksey Arestoviçin isefa qərarını prezident ofisinin aparat rəhbəri Mariya Vituşok imzalayıb.

Xatırladaq ki, Aleksey Arestoviç istefa ərizəsi yazdığı barədə Facebook hesabında paylaşım edib.

“Sivil davranış mədəniyyətini göstərmək istəyirəm: prinsipial səhv, istefa deməkdir”, – o yazıb.

Xatırladaq ki, Aleksey Arestoviç Rusiya ordusunun Dnepr şəhərində çoxmərtəbəli yaşayış binasına raket zərbəsi endirməsi ilə bağlı yanlış məlumat verdiyi üçün tənqidlərə məruz qalmışdı.

Əvvəlki məqalə

Daha 71 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib

Sonrakı məqalə

“İçir və hər gün ağlayır…”