Daha bir məktəb koronavirusa görə bağlanıb

27 Fevral 2021 - 22:30

Mingəçevirdə 1 saylı tam orta məktəbin fəaliyyəti dayandırılıb.

Məktəbdə tədris proqramı koronavirus səbəbindən müvəqqəti olaraq onlayn sistemdə keçiriləcək.

Qeyd edək ki, bir qədər əvvəl məktəbin 9-cu sinif  şagirdlərində koranovirus infeksiyası aşkarlanmışdı. Bununla əlaqədar həmin sinfə məhdudiyyət tətbiq edilmişdi.

Koronavirus infeksiyasının digər şagirdlərə yayılmasının qarşısını almaq məqsədilə məktəb üzrə tədrisin onlayn keçirilməsi nəzərdə tutulub. (APA)