Sudan İsraillə barışığa hazırlaşır.
“RİA Novosti” bu barədə ərəbdilli mətbuata istinadən məlumat yayıb.
Müsəlman dövləti olan Sudan istəyir ki, onu terrorizmə sponsorluq edən ölkələr siyahısından çıxarsınlar. Xartum Vaşinqtonla Sudanın ABŞ tərəfindən nəşr olunan siyahıdan çıxarılması ilə bağlı danışıqlar aparıb.
Yerli nəşrlərə görə, ABŞ Sudana 7 milyard dollar yardım edəcək. Buna cavab olaraq, Afrika dövlətinin nümayəndələri İsrail ilə münasibətləri normallaşdırmaq üçün müqavilə bağlamağa söz veriblər.
Xatırladaq ki, sentyabrın 15-də İsrail, BƏƏ (Birləşmiş Ərəb Əmirliyi) və Bəhreyn Ağ Evdə sülh müqaviləsi imzalayıblar.