Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Daim stres içindəsinizsə, dərinizdə hansı problemlər yarana bilər?

Orkhan Ali 01 Fevral 2025 - 18:56 (Last updated: 21 May 2025 - 20:15)
Daim stres

Daim stres

İşdə və evdə daimi stres ilə dərinin vəziyyəti arasında birbaşa və kifayət qədər nəzərəçarpan əlaqə mövcuddur.

AzPost-un Oxu.az-a istinadən xəbərinə görə, bu barədə rusiyalı həkim, dermatoloq və kosmetoloq Yekaterina Konstantinovskaya danışıb.

Onun sözlərinə görə, stres orqanizmin müdafiə mexanizmlərini, o cümlədən adrenalin və kortizol hormonlarının ifrazını aktivləşdirir.

“Bunlar da öz növbəsində bizə müxtəlif cür neqativ hallara tez reaksiya verməkdə kömək edir, lakin uzun müddət buna məruz qalmaq sağlamlığa əhəmiyyətli dərəcədə zərər vura bilər. Kortizol əsasən qanda şəkər səviyyəsinin artmasına və immunitetin azalmasına səbəb olur ki, bu da sonradan dərinin vəziyyətinə təsir göstərir”, – deyə həkim bildirib.

Ekspertin sözlərinə görə, stres ilk növbədə sızanaqların əmələ gəlməsinə səbəb olur. Bu ona görə baş verir ki, kortizolun təsiri altında dəri piyinin ifrazı çoxalır və nəticədə məsamələri bağlayaraq bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır.

“Həmçinin stres ekzemanın kəskinləşməsi və ya atipik dermatit kimi digər dəri problemlərinə də gətirib çıxara bilər. Bu xəstəliklər dərinin qızarması, qaşınması və qabıqlanması şəklində ortaya çıxır”, – deyə həkim xəbərdarlıq edib.

“Siyahıda üçüncü yerdə psoriazdır ki, bu xroniki xəstəlik dəridə qırmızı ləkələr və qabıqlanma ilə xarakterizə olunur. Və orqanizmin stresli vəziyyətə reaksiyası onun kəskinləşməsi ilə özünü göstərə bilər. Psoriazdan əziyyət çəkən xəstələr tez-tez güclü emosional sarsıntılardan sonra vəziyyətlərinin pisləşdiyini qeyd edirlər. Güclü emosional gərginlikdən sonra yaranan daha bir dəri xəstəliyi də rozaseadır ki, kəskinləşməsi zamanı üzdə qızarma olur, damar toru və kiçik iltihablı düyünlər ortaya çıxır. Stres simptomları gücləndirə bilər, çünki bu zaman qan damarları genişlənir və bədən temperaturu yüksəlir”, – deyə kosmetoloq qeyd edib.

Konstantinovskayanın sözlərinə görə, bundan əlavə, xroniki stres dərinin qocalma prosesini sürətləndirir.

Kortizolun təsiri altında kollagen və elastinin – dərinin möhkəmliyinə və elastikliyinə cavabdeh olan zülalların səviyyəsi azalır. Bu da qırışların yaranmasına, dərinin sallanmasına və tonusun itməsinə səbəb olur.

“Bəzi insanlar ciddi stres zamanı müəyyən qida və ya kosmetika məhsullarına allergik reaksiyalar verdiklərini deyirlər. İmmunitet sistemi zəifləmiş olur və allergenlərlə effektiv mübarizə aparmaq iqtidarında olmur. Uzunmüddətli gərginlik hiperpiqmentasiyaya – dəridə tünd ləkələrin əmələ gəlməsinə səbəb ola bilər. Bu, melanositlərin – melanin piqmentinin istehsalına cavabdeh olan hüceyrələrin işinin pozulması səbəbindən baş verir”, – deyə dermatoloq nəzərə çatdırıb.

“Eyni zamanda stres immunitet sistemini zəiflədir ki, bu da herpes virusunun aktivləşməsinə gətirib çıxarır”, – deyə həkim xəbərdarlıq edib.

Post navigation

Previous: Qara dəliklərlə bağlı daha bir YENİLİK
Next: Neymar təqdimat mərasimində ağladı

Oxşar xəbərlər

ilham aliyev
  • Media

Radio və televiziya əməkdaşları təltif olundu – SƏRƏNCAM / SİYAHI

User 05 Noyabr 2026 - 16:37
1
  • Media

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

User 05 Noyabr 2026 - 13:40
ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05

xƏBƏR

beyanat prez
  • Baş Yazı

Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI

User 08 Noyabr 2026 - 15:36
Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  bəyanat verir.         AzPost.az
Read more about Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI
İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…” erdoqan zefer paylasim
  • Siyasət

Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…”

User 08 Noyabr 2026 - 15:01
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM ilham erdoqan
  • Siyasət

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM

User 08 Noyabr 2026 - 14:05
Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.